Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Zirə" və "Qəbələ" yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Bakı və Qəbələ klubları oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gələcək. Oyun saat 15.00-da start götürəcək. Bu, "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun ilk matçı olacaq.
Qeyd edək ki, "Zirə" və "Qəbələ" Premyer Liqanın VII turunda üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az