"Sevilya”nın futbolçusu Xavyer Hernandes Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ”ı Bakıda 3:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, matçın 62-ci dəqiqəsində cərimə zərbəsindən hesabı açan 31 yaşlı meksikalı forvard bunun üçün xüsusi hazırlaşdığını vurğulayıb: "Cərimə zərbələri üzərində işləməyə bir neçə ay öncə - "Vest Hem”də çıxış etdiyim son dönəmlərdə başlamışdım. Bu, qəribə və maraqlıdı. Bəlkə də, buna gec başladım, amma nə etmək olar? Bu qola görə təəccüblənmədim".
Fanat.Az