Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Hər iki oyun Bakıda baş tutub.
Açılış oyununda son 2 mövsümdə Azərbaycan Kubokunun qalibləri olan "Keşlə" və "Qəbələ" komandaları qarşılaşıb. 3 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb.
Komandalar ölkə çempionatında 46-cı dəfə üz-üzə gəliblər. Bunların 16-da "Keşlə", 13-də "Qəbələ" qələbə qazanıb. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində isə meydan sahiblərinin aşkar üstünlüyü var - 60:46. Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk dövrədəki matçda "Keşlə" rəqibini darmadağın edib - 4:0. Həmin məğlubiyyətdən sonra Sənan Qurbanov "Qəbələ"nin baş məşqçi postundan istefa verib.
Günün digər matçında çempionatın autsayderlərindən "Sabah" "Zirə"ni qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.
Meydan sahibləri 6 xalla 7-8-ci pillələri bölüşdürür. "Zirə" isə 8 xalla 6-cı yerdədr. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunmuş ilk dövrədəki matçda qalib müəyyənləşməyib - 1:1. Ötən mövsüm baş tutan 4 qarşılaşmanın 3-də meydan sahibləri, 1-də isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Sabah" üstündü - 7:5.
Qeyd edək ki, sabah "Neftçi" "Sumqayıt"ın qonağı olacaq, bazar ertəsi "Qarabağ" "Səbail"i qəbul edəcək.
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, IX tur
26 oktyabr
Keşlə - Qəbələ 2:1
Qollar: Lorenzo Frutos, 1. Sezar Meza Kolli, 42 - Davit Volkov, 58.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 25. Con Kamara, 7. Tural Bayramlı, 17. Vüsal İsgəndərli, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 9. Lorenzo Frutos.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 3. İviça Zuniç, 2. Amin Seydiyev, 20. Faiq Hacıyev, 74. Yusif Nəbiyev, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 19. Rövlan Muradov, 9. Davit Volkov, 10. Klesio Bauk.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev.
Baş məşqçi: Azər Bağırov.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"ASCO Arena”.
Sabah - Zirə 2:2
Qollar: Amadu Diallo, 28; 44 - Nicat Süleymanov, 23, 88
Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 14. Rəşad Eyubov, 21. Rocer Roxas, 97. Emil Qasımov, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes, 25. Miloş Bakraç, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
8 |
7 |
1 |
0 |
18:2 |
22 |
2 |
Keşlə |
9 |
4 |
3 |
2 |
11:5 |
15 |
3 |
Neftçi |
8 |
4 |
2 |
2 |
11:6 |
14 |
4 |
Səbail |
8 |
3 |
1 |
4 |
8:13 |
10 |
5 |
Sumqayıt |
8 |
3 |
1 |
4 |
7:9 |
10 |
6 |
Zirə |
9 |
2 |
3 |
4 |
8:14 |
9 |
7 |
Sabah |
9 |
1 |
4 |
4 |
8:10 |
7 |
8 |
Qəbələ |
9 |
1 |
3 |
5 |
5:17 |
6 |
Bombardirlər |
Lorenzo Frutos (Keşlə) -
5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi) - 4. Mehdi Şərifi
(Sumqayıt), Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala
Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ), Amadu Diallo (Sabah) - 3. |
Fanat.az