"Oyunun ağır keçəcəyini bilirdik. İki futbolçumuz matçı buraxdı. Komandamız özünü ikinci hissədə göstərdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar. Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik".
Baxşıyev Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi oynatmasının səbəbini açıqlayıb: "İki oyun idi belə oynayırdıq. İstəmədik müdafiənin mərkəzini dəyişək".
Baş məşqçi Rauf Cabbarovun oyunu yaxşı idarə etdiyini də söyləyib: "Ona ciddi iradımız yoxdu. Sadəcə, oyunları davam etdirməli olduğu xırda follu epizodlarda fit çalaraq saxlayırdı".
Fanat.Az