"Öz oyunçularımı gözəl çıxışları münasibətilə təbrik edirəm. Erkən qolla geri düşsək də, sonradan meydanda dominantlıq etdik və matçı istədiyimiz kimi sona çatdıra bildik".
Bnu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, son 4oyunda qazandıqları qələbələr futbolçuların çəkdikləri əziyyətin bəhrəsidir: "Oyundan-oyuna gözəl futbol sərgiləyirik. Bu da futbolçuların əziyyəti sayəsində mümkün olub. Hər şey göz önündədir".(Report)