"Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birin göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".
Fanat.Azxəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın IX turunda evdə "Səbail"i məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis qarşıdakı "Neftçi" ilə matç barədə də danışıb:
"Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan
intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq
ki, azarkeşlər üçün maraqlı matç olsun və futboldan həzz alsınlar. Ondan sonra
Kipr APOEL-ilə qarşılaşmanın olmasına baxmayaraq "Neftçi" ilə matçda
çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".
Mənbə: sport24.az