"Qarabağ”ın qapıçısı Asmir Beqoviç icarə müddəti bitdikdən sonra ölkəmizdə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib.
Fanat.Az xəbər verir ki, qolkiper bu barədə Premyer Liqanın IX turunun "Səbail”lə (1:0) oyunundan sonra danışıb.
"Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq" deyə Beqoviç bildirib.
Bosniyalı qolkiper "Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu, sənin Ağdam klubunda qalmaq fikrinə təsir edəcəkmi" sualına belə cavab verib: "Çox şey ola bilər. Vaxta var, yəni. Qarşıda bizi "Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq".
Qeyd edək ki, 32 yaşlı qolkiper İngiltərənin Premyer Liqa təmsilçisi "Bormut"a məxsusdu. "Qarabağ" onu qışa qədər icarəyə götürüb.
Fanat.Az