17:03 29.10.2019 1941

Xutsişvili problemlərimizi sadaladı: "Azərbaycan futbolundakı pul Gürcüstanda olsaydı"

2004/2005-ci illərdə "Gəncə", 2008-ci ildə isə "Olimpik"in formasını geyinmiş, hazırda "Samtredia"nın direktoru və şəxsi agent şirkəti olan Gürcüstan yığmasının sabiq hücumçusu Mixail Xutsişvili Sportinfo.az saytına müsahibə verib.

- Azərbaycan futbolunu izləyirsiz?
- Əlbəttə, izləyirəm. Orada dostlarım var. Premyer Liqada mənim futbolçularım da oynayır ("Qəbələ"də çıxış edən Davit Volkovla Merab Qiqaurini nəzərdə tutur-red.).

- İki dönəm Azərbaycanda çıxış etmisiz. Sizcə, futbolumuz hansı istiqamətə dəyişib - geriləyib, yoxsa inkişaf edib?
- Əvvəllər Azərbaycan futbolunda çox problem, çatışmazlıqlar var idi. Mən ilk dəfə orada oynamağa başlayanda futbolda bu qədər pul yox idi. Sizə bir məqamı deyim, mən ora gələndə BMV maşınım var idi, uşaqlar hamısı deyirdilər ki, gedək maşınla gəzək. Ancaq ikinci dəfə Azərbaycanda oynamağa gedəndə artıq həmin futbolçuların 2-3 dənə maşını var idi (gülür). 2005-ci ildən sonra Azərbaycan futboluna çoxlu pul xərclənməyə başlanıldı. Bu mənada xeyli irəliləyiş olduğunu deyə bilərəm. Sırf idman mübarizəsinə gəldikdə isə təəssüf ki, Premyer Liqada yalnız bir komanda - "Qarabağ" hegemonluq edir, qalanları onlarla rəqabət apara bilmirlər.

- Bir məqamı deyim, siz Azərbaycanda çıxış edəndə pul olmasa da, çempionatda ən azı 14 klub yarışırdı. Sonradan futbolumuzda pul çoxaldıqca klubarımız dağılmağa başladı, bu gün Premyer Liqada 8 komanda mübariz aparır.
- Mənə elə gəlir ki, bizim kimi futbol ölkələrinin Premyer Liqasında klubların sayının az olması yaxşıdır. Düzdür, 8 də çox azdır. Amma 14-16-18 klubun olmasının tərəfdarı deyiləm. Heç olmasa, 10 komanda normaldır.

- Yəni, sizdəki kimi.
- Bəli, Gürcüstan Super Liqasında 10 komanda arasında normal rəqabət də var. Qızıl medallar uğrunda ən azı 3 kollektiv yarışır.

- Amma bir məsələ var ki, Gürcüstan futbolunda heç vaxt çoxlu pul olmasa da, ən azından milli səviyyəsində yaxşı nəticələr qazanılıb. Bizdə o da yoxdur axı.
- Tamamilə razıyam. Sizin futbola yatırılan pulların yarısı Gürcüstanda olsaydı, indi daha yaxşı nəticələr qazanardıq. Problem hər zaman maliyyə ilə həll olunmur. Məsələ ondadır ki, sizin xaricdə oynayan milli futbolçularınız çox azdır, yox səviyyəsindədir. Ancaq Gürcüstan millisinin əsas heyətinin 10 futbolçusu legioner həyatı yaşayır. Ona görə Gürcüstan yığması Avropa və dünya çempionatlarının oyunlarda pis çıxış etmir. Bizdə həmişə top-klublarda oynayan milli üzvləri olub. Hazırda yığmanın heyətində olan 24 futbolçudan yalnız Giorgi Navalovski Gürcüstan çempionatında çıxış edir. Futbolçularımız Almaniya, Portuqaliya, İsveçrə, Rusiya, Ukrayna, Danimarka, Belçika, Türkiyə və Niderland kimi futbol ölkələrinin çempionatlarında oynayırlar. Azərbaycanda vəziyyət çox acınacaqlı deyil. Misal üçün, "Qəbələ"də akademiya yaradıblar, 4-5 futbolçusu var ki, yaxın gələcəkdə Azərbaycan millisinin əsas futbolçuları ola bilərlər. Ancaq legioner həyatı yaşamaq vacibdir.

- Sizcə, əsas problemimiz yerli futbolçuların legioner həyatı yaşamaması ilə bağlıdırsa, o zaman bizə əcnəbi məşqçi kömək edə bilər?
- Fikrimcə, əsas problem məşqçi ilə bağlı deyil. Sizin özünüzün çox yaxşı məşqçiləriniz var. Elə Qurban Qurbanovun özü. Lakin dediyim problemə görə Qurban Qurbanov da millidə uğur qazana bilmədi. Hansı ki, "Qarabağ"la 7-8 ildir tarix yazır, komandanı Çempionlar Liqası və Avropa Liqasında ardıcıl qruplara çıxarır.

- Vladimir Vayss 2016-cı ildən Gürcüstan yığmasını çalışdırır, komanda seçmə mərhələlərdə stabil 8-11 xal qazanır. Biz isə ümumiyyətlə, geri sayırıq. Əvvəllər 5-6 xal qazana bilirdiksə, indi heç-heçəyə də həsrət qalmışıq.
- Onda siz də Vladimir Vayssı dəvət edin milliyə (gülür).

- Azərbaycanda bəyəndiyiniz gənc yerli futbolçular var?
- Var, izləyirəm. Hamısının adını çəkə bilmərəm. Yalnız Qara Qarayevi deyim, oyunu çox xoşuma gəlir.

- Bəlkə aparasız Gürcüstana?
- Burda o qədər pul yoxdur.

- Komandanızda oynayan Nicat Qurbanov necə, ümidləri doğruldur?
- Bəli, Nicat yaxşı oynayır. Ona görə həm Gürcüstan, həm də Qazaxıstandan onunla maraqlanırlar.

- Ümumiyyətlə, Azərbaycanda əsas heyətə düşə bilməyib Gürcüstanda az maaşa daim oynaya biləcək yerli futbolçumuz yoxdur?
- Var, əlbəttə. Ancaq belə işlərdə tələsmək olmaz. Yaxşı axtarmaq lazımdır. Sizin Premyer Liqada mübarizə aparan 8 klubun hamısında oynaya biləcək yerli futbolçularınız kifayət qədərdir. Sadəcə, rəhbərlik və baş məşqçilərin əksəriyyəti işini itirmək qorxusunu fikirləşib yerli gənclərə güvənmir, klublarınızın yarısı legionerlərin xidmətindən istifadə edir. Çempionatınızda iştirak edən klublarda ümumi götürsək, 120 azərbaycanlı futbolçu çıxış edir. Yəni, Azərbaycanda 120-dən artıq futbolçu yoxdur? Var, sadəcə, onlara güvənmirlər. Həm də klub rəhbərləri baş məşqçini gətirən kimi onun qarşısına dərhal yer tutmaq məqsədi qoyur. Lakin başa düşmürlər ki, bir məşqçiyə minimum 3 il vaxt vermək lazımdır. Fikrimcə, komandaya biznes mərkəzi kimi baxmaq düzgün yanaşma deyil. Strategiya düzgün qurulsa, qazanc özü gələcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X