Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge” səfərdə Düsseldorf "Fortuna”sı ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qəəbəsi ilə başa çatıb. Bununla da, Aue təmsilçisi mübarizəni dayandırıb.
Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.
Fanat.Az