"Neftçi”yə qarşı bütün gücümüzü ortaya qoyacağıq. APOEL-lə səfər görüşünə görə az qüvvə sərf etməyə çalışacağımızı düşünməyin. Nikosiya səfərinə qədər bərpa olunmağa, özümüzə gəlməyə vaxt var”.
Fanat.Az xəbər verir ki, bunu azerisport.com-a müsahibəsində Xayme Romero deyib.
"Qarabağ”ın zədədən dönən ispan yarımmüdafiəçisi "Qəbələ” ilə çempionatdakı son səfər qarşılaşmasından (1:1) nəticə çıxardıqlarını söyləyib: "Müasir futbolda bütün gücünü qoymadan qələbə qazanmaq çətin məsələdi. "Qəbələ” ilə səfər oyununda buna bir daha əmin olduq. Deməli, bacardığımızı etməli, aramızdakı xal fərqini nəzərə almadan qələbəyə oynamalıyıq. Birinci yeri haqq etdiyimiz üçün burdayıq. Yaxşı xal fərqi əməyimizin nəticəsidi. Fərqi bir qədər də artırmaq naminə dəridən-qabıqdan çıxmalıyıq”.
30 yaşlı vinger oyuna çıxmağa hazır olduğunu bildirib: "Zədə futbolun bir parçasıdı. Təəssüf ki, bəxtim gətirmədi. 1 ay çiynimi yük kimi gəzdirdim. Amma fiziki təmrinlərlə formamı qorumuşam. Belə vacib oyuna hazır olduğum üçün şadam. İndi çalışmalı, əvvəlki Xaymeyə çevrilmək üçün "artırmalıyam". Zədədən əvvəlki kimi olmaq ən yaxın hədəfimdi. Bu aralar az şans almağımı qanunauyğun sayıram".
Fanat.Az