Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək APOEL (Cənubi Kipr) - "Qarabağ" (Azərbaycan) oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Avstriyadan olan hakimlər briqadasına tapşırıb.
Görüşün baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer yardım edəcək. Dördüncü hakim funksiyasını Kristofer Joger yerinə yetirəcək.
Oyunun hakim-inspektoru yunan Georgios Bikas, UEFA nümayəndəsi israilli Ariel Kennet Şayman olacaq.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Fanat.Az