23:46 04.11.2019 1709

Tahir Süleymanov: "Ciblərini "göylər"lə doldura - doldura..."

"Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov "feysbuk" hesabında yeni yazı paylaşıb. Futbol adamının "İctimai nəzarət" başlığı altında izləyiciləri ilə bölüşdüyü fikirləri diqqətinizə çatdırırıq.

 

Son günlər, həftələr bu mövzuda çox danışılır, üst səviyyədə fikirlər səsləndirilir. Tv-məkanda, mediada qaldırılan məsələlərə, edilən tənqidlərə diqqət artırılır...


Məmurlar dövlətlə xalq arasında bir körpüdür, belə olmalıdır. Əslində isə vəzifədə olanlar illərdi "boğma əməliyyatını" həyata keçirilir. Körpü uçuruma çevrilir, qarşıdurmalar yaradılır...


"Futbol saatı" 10 il idi futbolda olan problemləri çəkinmədən qabardır, futbol təsərüffatında yaradılan şəraitə uyğun inkişafın istənilən səviyyədə olmadığı müzakirə edilirdi...


Futbol vəzifələrində olanların əksəriyyətinə obyektiv baxış, yanaşma sərf etmir. Bu illər ərzində üzə çıxmasa, ictimailəşməsə də çox məmur təzyiqləri, özbaşınalıqları olub...


"Futbol saatı" proqramını ərsəyə gətirənlər, onlara dəstək verənlər çox fədakarlıqlar ediblər...


Futbol məmurlarına belə verilişlər sərf etmir. Olsaydı, indi ən azından Tacikistan U-17-nin Braziliyada keçirilən dünya çempionatındakı çıxışı, yaş qrupları üzrə yığmalarımızla müqayisəsi aparılardı...


Tacikistan da Almaniya deyil ki?! Futbol zirzəmisində baş girləyən, tarix boyu heç Azərbaycan futboluna yaxın düşə bilməyən kasıb bir ölkədir. Heç futbolçu da milliləşdirmirlər, "dahi" lippertləri də bəsləmirlər...


2005-ci ildə dövlət proqramı qəbul ediləndə indiki 17 yaşlılar iməkləyirdilər, təzə yeriməyi öyrənirdilər, elə taciklər kimi... İndi onlar Braziliyada Argentinaya qol vururlar, qrupda qələbə qazanırlar...


"Futbol saatı" kimi proqramlar sərf etmir, əsas futbolun "inkişafı" ilə bağlı bəy təriflərdir. Kimlər bunu etməsə, hər yola əl atılacaq, qarşısı alınacaq. Əsas, "yuxar"ı qarşısında görüntü fonunun yaradılmasıdır...


Beləcə futbol ictimaiyyəti ilə dövlət arasında "təbliğat maşını" vasitəsilə faciəvi uçurum yaradılır...


Futbol peşəkarlıqla yanaşı eyni zamanda sosial layihədir. Qarşıdan Avro-2020 gəlir. Belə bir mötəbər çempionata ev sahibliyi edən Azərbaycanda ən populyar futbol proqramlarından biri bağlanır, dayanır...


Bu, hansı ideologiyaya, hansı təbliğata, hansı məntiqə uyğun gəlir...?! Futbol məmurlarının kefi pozular təfəkkürü kənara qoyulmalı, təhlillər aparılmalı, itirilən illərdən nəticələr çıxarılmalı, ölkə futbolunun sabahı düşünülməlidir...


Futbolu onsuz da kabinetlərdə gizlətmək mümkün deyil. Azərbaycan futboluna ayrılan vəsaitə uyğun ən azı indi U-17-lərimiz Braziliyada olmalıydı. Ekrandan, mediadan məqsədli gizlədiləndə, hamı sosial şəbəkələrə üz tutur...


Vaxtilə "Pamir"i, Tacikistan futbolunu ağ günə çıxaran Əhməd Ələsgərov idi, indi alman Bernard Lippert ciblərini "göy"lərlə doldura-doldura Azərbaycan futbolunu "göylərə" qaldırır...


Sağlam rəqabət, şərait yaradılmadan irəliləyiş mümkünsüzdür. İnkişaf tək maliyyə ilə bağlı olmur, bütün sahələrdə yerində olan bacarıqlı kadrlardan asılıdır. Futbolda olan təsadüflərin sayəsində ölkə futbol genefondu isə məhv edilib...


İctimai nəzarət olmadan dövlət-cəmiyyət arasında vakuum, boşluq yaranır. Media məkanı özü bir körpüdür. Hansısa məmurların yox, dövlətlə-cəmiyyət arasında yaradılması vacib olan sağlam körpü...


Azərbaycan futbolunda "Futbol saatı" kimi verilişlərə çox ehtiyac var. Hər kəs dərk etməlidir, futbolda müzakirələrin, obyektiv fikirlərin, doğru analizlərin qarşısının süni, məqsədli şəkildə alınması ilə stadionlar-tribunalarda "istefa" şüarlarına şərait, zəmin yaradılır...

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X