2009/10 mövsümündə "Bakı"nın baş məşqçisi olmuş Bülent Korkmaz Azərbaycana gəlib. Mətbuatda "Qalatasaray"ın əfsanəsinin ölkəmizə işlə bağlı təşrif buyurduğu ehtimalı irəli sürülüb.
Bu barədə sportinfo.az-a açıqlama verən Türkiyə yığmasının sabiq müdafiəçisi Azərbaycana şəxsi işi ilə əlaqəli gəldiyini deyib: "Bəli, Bakıdayam. Dünən gəlmişəm. Dostumun qızının toyuda iştirak edəcəm. Başqa bir məsələ yoxdu".
Əfsanəvi müdafiəçi son iş yeri "Antalyaspor"dan 10 gündür istefa verib.
Fanat.Az