"Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük”.
Fanat.Az xəbər verir ki, bu sözlər "Zirə”nin baş məşqçisi Zaur Həşimova evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Vurduğumuz qollardan sonra da fərqlənmək üçün imkanlarımız oldu. Bu hesab məni qane edir. Futbolçuların istəkli olmasından razı qaldım. Qələbəni də buna görə qazandıq. Mfo Kqasvane yığmadan yorğun qayıdıb. Amma belə olmasaydı da, zədədən qayıdan Xulio Sezar Rodrigez yaxşı durumda idi. Ona görə də istənilən halda, iki hücumçu ilə oynayacaqdıq”.
Həşimov "Nicat Süleymanova "qardaş” deyə səslənirdiz. Bizdə baş məşqçilər adətən kobud ifadələr işlədirlər. Bu münasibət sizə mane olmayacaq" sulaına belə cavab verib: "Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq".
Baş məşqçi qış fasiləsində heyəti gücləndirməyə çalışacaqlarını bildirib: "Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm".
Mütəxəssis baş məşqçi kimi ilk qələbəsi olmasına da münasibət bildirib: "Qalib gəlmək həmişə sevindiricidir. Amma bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Futbolçular göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil”.
Fanat.Az