Portuqaliya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pakuş Ferreyra” bu mərhələnin görüşünü öz meydanında keçirib.
Komanda "Sanjoanense"ni qəbul edib. Ev sahibləri 12-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb. Bununla "Pakuş Ferreyra” adını 1/8 finala yazdırıb.
Renat isə qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Fanat.Az