12:47 30.11.2019 1751

“Nərimanoğlu hər dəfə “baş katibin xəbəri var” deyirdi”

"Kəpəz”in sabiq icraçı direktoru Cabir İbrahimovun müsahibəsi 

 
- Siz səsinizi çıxarmasaydız...
- Nərimanoğlunun dediyi kimi oturub-dursaydım, beləcə də davam edəcəkdi, bəlkə "Kəpəz” Premyer Liqada qalacaq, mən də postumda olacaqım. Mehribançılıq olacaq, hər şey axarıyla davam edəcəkdi. Lakin hər şey bunların istədiyi kimi olacaqdı. Necə ki, indi AFFA-da, quruma bağlı olan klublarda davam edir. Mehman Allahverdiyevi də Gəncə klubundan uzaqlaşdıran Mikayıl müəllim idi. Mehman müəllim Gəncədə ciddi qüvvədi, Nərimanoğlu paytaxtdan kənarda bəzi həqiqətləri gördü, əlavə qazanc dalınca düşdü. Sonra isə onu kənarlaşdırdı ki, təkbaşına qazansın. Yəqin, aldığı 5000 manat aylıq maaş ona bəs etmirmiş.
 
- "Kəpəz”də işləməyə-işləməyə adına pul yazılan çox adam var idi?
- Allahverdiyevin vaxtında olmuşdu. Qısa bir müddət.
 
- Sizin təyinatınızda Gəncənin sabiq icra başçısının da rolu olmuşdu. Hadisələr vaxtı onun AFFA-yla münasibətləri nə yerdə idi?
- Bəli. Amma icra hakimiyyəti maliyyəyə qarışmırdı. Əvəzində hesabatda göstərilməyən əlavə yardımlar edirdi. Mükafat fondu ayırmışdı, təmir işlərinə yardım edirdi və s. Bunların heç biri rəsmi sənədlərdə əksini tapmırdı. Bəlkə onlar da AFFA-nın xərclədiyi pul kim sənədləşdirilirdi, amma dəqiq bilmədiyimdən yalan deyə bilmərəm.
 
- Elxan müəllimə şikayəti nə vaxt etdiz?
- 2017-nin sentyabrında. Mikayıl müəllimlə o vaxt bir maliyyə məsələsi üstündə problemimiz yarandı, mən də hər şeyə nöqtə qoymaq qərarına gəldim. Bir menecerin sənədi 2 ay stolumun üstündə qaldı, işə götürülməsinə imkan vermədim. Daha ciddi problemlərimiz var ikən həmin məsələyə ehtiyac duyulmadığını düşündüm. Mənə deyirdi ki, Elxan müəllimin xəbəri var. Sonradan Mənsurə xanım bildirdi ki, artıq cinayəti etmişəm, Nərimanoğlunun tapşırığıyla həmin adamın kartına pul köçürmüşəm. Mən də onun sözü ilə sənədə qol çəkdim, lakin məsələ qaldırdım, o adamın ştatda olması 2 ay sürdü.
 
- Mikayıl müəllim konkret olaraq maliyyə pozuntusuna görə işdən kənarlaşdırıldı. Araşdırma üçün məsələni siz qaldırmışdız, yəqin, məbləği də bilərsiz: nə qədər vəsaitin arxasına keçilmişdi?
- Dəqiq rəqəm deməyəcəm, amma böyük məbləğ idi. Məqsədyönlü işlər görülmüşdü, büdcədən pul mənimsənmişdi. İdmançıyam, idmançıya da nə lazım olduğunu bilirəm. Məsələn, komanda oyundan sonra "parnoy”a getməli idi, lakin bunun 2 gün ardıcıl edilməsi barədə sənəd hazırlanırsa, pul götürülürsə, deməli, ortada yalan var, bu prosedurun 1 dəfə olması kifayətdi, artığı hətta ziyandı. Və ya iyulda təlim-məşq toplanışı olmuşdu, sentyabrda növbəti toplanış üçün büdcədən 30 min manat silindi. Bu, harada görünüb? Bunu yoxlayanlar nə əcəb belə biabırçılığı görmürdü? Yoxsa onlar da tapşırıqla işləyirmiş?
 
- Problem də bu kimi məsələlərə görə çıxırdı?
- Bəli. Mən deyirdim ki, həmin pulu uşaq futboluna, infrastruktirin qurulmasına, digər problemlərimizə xərcləyək. Onlar isə yalançı xərclərlə büdcəni şişirdirdilər.
 
- Amma sənədlərə siz imza atırdız. Deməli, cinayətlərə şərik olurduz...
- Axı, Mənsurə xanım müsahibəsində demişdi ki, hər şey Nərimanoğlunun tapşırığına əsasən edilib. O da bütün məsələlərin Elxan müəllimlə razılaşdırıldığını bəyan edirdi. Mühasib etiraf etmişdi ki, Cabir nə deyirsə desin, Mikayıl müəllim tapşırmadan hər hansı addım atılmırdı. İmzam vardı, lakin günahım olsaydı, çoxdan haqqımda tədbir görülərdi. Məndən əvvəlki rəhbərlik də, sonrakılar da eyni cür işləyib. Maliyyəylə bağlı bütün qərarları AFFA-nın təyin etdiyi rəhbər verib. Deyək ki, mən həqiqətən səhv etmişəm, bəs, bu sənədləri yoxlayanlar niyə pozuntuları aşkara çıxarmırdı? Əksinə, hər dəfə yersiz, şişirdilmiş xərclərlə bağlı mən narazılıq etmişəm, Nərimanoğlu isə "baş katibin xəbəri var” deməklə səsimi kəsib. Bütün bu qanunsuzluqlara Məmmədovun icazə verdiyi deyilir, don geydirilirdi. Güman ki, elə düz deyirdi. Bu qədər məsələ ondan xəbərsiz qala bilməzdi, yəqin, əli varmış.
 
- Səni susdurmaq üçün nə addım atmışdılar?
- Samir Quliyev yadınızdadı? Menecer idi, onu yalandan "Elxan müəllimin xəbəri var” deyərək, saxta sənədlə baş direktor təyin etmişdi. Hətta Müşahidə Şurasının sədri Elmir Vəliyevi də aldatmışdı. Bu addımla mənim səlahiyyətlərimi əlimdən almaq, Samirə sənədləri rahat imzalatdırmaq istəyirdi. Məsələ qaldırdım, 1 həftə içində əvvəlki vəziyyətə qayıdıldı.
 
- Fəhlələrlə bağlı da probleminiz yaranmışdı...
- 200-250 manat maaş alan işçilərimiz var idi. Onlar aidiyyatı olmayan işlərə cəlb olunur, qanunsuz işlədilirdilər. Məsələ qaldırıb, qarşısını aldım. Nərimanoğlu mənə dedi ki, "yaxşı etmişəm, əlindən gələni et”. Mən də etdim, klubun yoxlanılmasına nail oldum, hər şey üzə çıxdı.
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X