10:43 01.12.2019 1961

“Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır”

"Kəpəz”in sabiq icraçı direktoru Cabir İbrahimovun müsahibəsi 

 
- Mikayıl müəllim sizi yola versəydi, yəqin ki, bu məsələləri açmazdız...
- Əlbəttə. Mənə nə lazım idi? Düzgünlük! Bu prinsiplə razılaşsaydı, qanunsuz işlər görməsəydi, ondan şikayət etməzdim. Lakin prinsipə getdi, sonu da bəllidi. Xüsusilə uşaq komandalarına qarşı çox amansız idilər. Komandalarımız ezamiyyələrə yollanır, oyunlara çıxırdı. Onlar üçün su, banan, "Snikers” qoyulurdu – hamısı vacib idi, uşaqlar qidalanmalıydı. Hər səfərdə təqribən 30-40 manat edirdi. Nərimanoğlu Samirə vəzifə verib, məni kənarlaşdırdığı gün iclas keçirib, bu xərcləri dayandırmışdı. Guya ki, büdcə çatmırdı. Ən vacib, diqqət yetirməli olduğumuz sahə uşaq futboludu, o isə öz qazancına görə məhz uşaqların boğazından kəsirdi. Uşaqların səfər vaxtı yolda qidalanmasında da dəyişiklik etmiş, ən pis şəraiti yaratmışdı. Bununla barışa bilməzdim, qarşısını aldım və münaqişəmiz böyüdü. Özüm üçün pul istəmirdim, büdcənin daha xeyirli şeylərə xərclənməsinə çalışırdım. Qənaət etdikləri məbləği onsuz da sənədləşdirirdilər, sadəcə, kəsilən pul cibə gedirdi. Qoçaqlığına, işgüzarlığına söz ola bilməz, amma maliyyə məsələsinə gələndə başqa adam olurdu. Onu da deyim ki, pul məsələsindəki axsamanı gəlib Gəncədə öyrənmişdi. Bəlkə də məndən əvvəlki rəhbərlərdən. Mən gənc nəsiləm, 34 yaşım var, amma gəncəli veteranlar da düz işləmirdi. Onların verdiyi müsahibələrə, ondan sonra iş alıb susmalarına diqqət edin. Bu, təsadüf deyil. Onların hərəkətlərindən utanıram. AFFA-nı tənqid edirlər, sonra hansısa vəzifə alıb susurlar. İndi Allahverdiyev qardaşlarının iş istədiyini yazırlar. Guya işləyəndə nə edirdilər? Hamı deyir ki, "can qoymuşam”. Bəli, amma əvəzində yaxşı pul almısız, heç kim havayı işləməyib.
 
- Sizə də bu müsahibədən sonra iş təklif edə bilərlər. Susacaqsız?
- Gizlətmirəm – iş istəmişəm, istəyirəm. Amma susmaq üçün yox, layiqli işlər görmək üçün. İş hamıya lazımdı. Bu dövlətin oğluyam, ona da xidmət etməliyəm. Doğruluqla, düzgünlüklə. Olanı demişəm, mənimlə prinsip aparıblar. Ailə sahibiyəm, 3 övladım var, ali təhsilliyəm, idman ustasıyam. Təbii ki, işə ehtiyacım var. Sağlam düşüncəliyəm, enerjiliyəm, dövlətimə qulluq etmək istəyirəm, lakin onlar istəyən kimi yox, doğrusu necədisə elə. İşlədiyim müddətdə baş katib bir dəfə kim olmağımla maraqlanmayıb, görüş istəmişəm, qəbul etməyib. Həmin hadisələrin sonunda mən də işimlə vidalaşdım və adını qoydular ki, bu məsələlərdən çoxdan xəbərdar olsam da, bildirməmişəm. Amma kimsə düşünmədi ki, mənə AFFA-da qulaq asan olmayıb. Nərimanoğlu elə şərait yaratmışdı ki, "Kəpəz”dən yalnız onu tanıyırdılar.
 
- Sizcə, "Kəpəz”in büdcəsindən yoxa çıxan həmin məbləğə görə Mikayıl bəy məsuliyyətə cəlb edilməli idimi?
- Problemi öz aralarında həll etdilər. Çatışmayan məbləği hər hansı şəkildə düzəldib yerinə qoydular.
 
- Elxan müəllimin də günahı var idi?
- Bəli. Ən böyük günahı Gəncəyə təhkim etdiyi insanın hər sözünə inanması, onu heç yoxlamamasıdı.
 
- Bəlkə də AFFA-nın maliyyələşdirdiyi digər klublarda da Gəncədə aşkarlanan qanunsuzluqlar mövcuddu.
- Əmin olun ki, elədi. Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır. Nərimanoğlu ona irad bildirəndə hər dəfə bildirirdi ki, biz belə işləyirik, hamısında belədi. İsrarla Elxan müəllimin hər şeydən xəbərdar olduğunu, belə işləməyi məsləhət gördüyünü vurğulayırdı. Mən işimi sevdiyimdən məsələlərin üstünü açdım və kənarda saxlandım, o biri klublarda, AFFA-nın özündə isə bu insanlara, yanlış sistemə qarşı çıxan yoxdu, davam edirlər. Elxan müəllimin kim xoşuna gəlirsə, onlar da işləyir.
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

Facebookdan bizi izləməyi unutmayın.
X