Millimizin hücumçusu Rüfət
Dadaşovun klubunun - "Proyssen”in baş məşqçisi Sven Hübşeri istefaya
göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə3-cü
Bundesliqaklubununbaş direktoru Malte Metselder "Sport.de”yə
açıqlamasında məlumat verib.
O, baş məşqçi ilə yanaşı, köməkçisi Tobias
Helviqin də müqaviləsinə xitam verildiyini bildirib: "Nə qədər çətin olsa da,
hər iki məşqçi ilə vidalaşmaq yeganə çıxış yolu oldu. Onlar bütün gücünü klubun
yolunda qoydu. Buna baxmayaraq, uzun müddət davam edən uğursuz seriyaya görə
addım atmalı idik”.
Başsız qalan kollektivi müvəqqəti olaraq klubun
U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq.
Qeyd edək ki, "Proyssen" 17 oyundan
sonra 13 xalla 20 komanda arasında
19-cu pillədə mövqe tutub.
Fanat.Az