Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start verilib.
Fanat.az xəbər verir ki, ilk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçirilib. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gəlib. Görüş paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Keşlə" növbəti mərhədə "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
15.00 Keşlə - Kəpəz 3:1
Qollar: R.Əmircanov, 25. X.Mahmudov, 56; 87 - N.Məmmədov, 45+3.
Qırmızı vərəqə: Franko Flores, 45+2.
Keşlə: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 9. Lorenzo Frutos, 91. Samir Abdullayev
Kəpəz: 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. Ülvi Əliyev, 25. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 5. Novruz Məmmədov, 19. Eltac Mirzəyev, 8. Fərid Bayramov, 3. İsmayıl Məmmədov
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ruhulla Kərimov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"ASCO Arena”.
Fanat.Az