"NFK League" adı altında keçirilən fan-klubların mini-futbol liqasında V turun oyunları başa çatıb.
Fanat.az xəbər verir ki, 5 turda məğlub olmayan "Milan" lider mövqeyini qoruyub. Komanda "Bavariya" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Mövsümə iddialı başlayan "Neftçi" isə gözlənilmədən darmadağına məruz qalıb. Belə ki, komanda "İnter"ə 1:9 hesabı ilə məğlub olub.
Qeydə alınan nəticələri və turnir cədvəlini təqdim edirik:
Fanat.az