18:02 03.12.2019 1604

Tərlan Əhmədov: "Demək olar ki, sürprizlə qarşılaşırdıq"

"Əvvəla həmkarım Yaşar Vahabzadəni təbrik edirəm, çox nizam-intizamlı komanda gördüm. Açığı, I Divizionda belə bir komandanın olması məni sevindirdi. Oyuna gəlincə, kubok qarşılaşmaları həmişə çətin olur. Bu komandanı motivasiya etməklə bağlıdır. Çünki rəqibin I Divizion təmsilçisi olması amili futbolçulara bir az təsir göstərir". 

Bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"i evdə 3:1 hesabıyla məğlub etdikləri matçdan sonra deyib.

48 yaşlı mütəxəssis I Divizion təmsilçisi ilə kubok görüşünün onlar üçün çətin alındığını söyləyib: "Qırmızı vərəqə aldıq, qol buraxdıq. Bu zaman istər-istəməz oyun da əldən gedə bilərdi. Lakin ikinci hissədə artıq tamamilə oyunumuzu yavaş-yavaş bərpa etdik. Fasilədə dəyişikliyə əl atdıq, Con Kamaranı meydana buraxaraq, orta xəttimizi daha da gücləndirdik. Bundan sonra oyunumuzu tutduq, yavaş-yavaş hesabı xeyrimizə dəyişərək qalib gəldik. Bir oyunluq kubok qarşılaşması həmişə çətin olur. İstər-istəməz həyəcan olur, hər an sürprizlə qarşılaşa bilərsən. Biz də demək olar ki, artıq sürprizlə qarşılaşırdıq. Amma ikinci hissədə oyunumuzu tutaraq 2 qol vurmaqla qalib gəldik".

Matçda ən diqqətçəkən məqamlardan biri ilk hissənin uzatma dəqiqəsində "Keşlə"nin agentinalı mərkəz müdafiəçisi Franko Floresin 2 sarı vərəqəyə görə meydandan qovulması olub. Əhmədov fasilədə futbolçusu ilə bu epizodla bağlı danışmağa lüzum görməyib: "Heç vaxt isti başla futbolçularla heç nəyi müzakirə və ya tənqid etmirəm. Bunun zamanı var, hər şey analiz olunur. Futbolda qırmızı, sarı vərəqə amili hər zaman olur. Sərt qərar verdiyim Sezar Meza Kolli ilə bağlı olub. O, "Zirə" ilə Premyer Liqa matçında rəqib futbolunu dirsəklə vurmuşdu. Hər zaman futbolçulara deyirəm ki, son ümud foluna görə qırmızı vərəqə ola bilər, onu sizə bağışlaya bilərəm. Hətta klub o cəriməni özü ödəyəcək. Mübarizələrdə iki sarı vərəqəyə görə meydandan çıxarılması da anlaşılandır. Lakin fanata, hakimə, rəqibə haqsızlıq etmək - belə şeylər mən tərəfdən bağışlanmazdır. O ki, qaldı Floresin cəzasına, o, istər-istəməz bizi çətin vəziyyətə saldı. Çünki digər mərkəz müdafiəçimiz Miyoşko Boyoviç də bizə kömək edə bilmir, zədəlidir".

Xatırladaq ki, "Keşlə" 1/4 finalda keçən mövsümdə olduğu kimi "Qarabağ"la görüşəcək.("Report")

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
22:09

"Qarabağ" hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X