Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 1/8 finalda "Sabah" "Ağsu"nu (5:0), "Zirə" "Qaradağ Lökbatan"ı (4:0), "Keşlə" "Kəpəz"i (3:1), "Sumqayıt" isə "Zaqatala"nı (2:0) mübarizədən kənarlaşdıraraq 1/4 finala çıxıb. Burda onlara "Qarabağ", "Qəbələ", "Neftçi" və "Səbail" qoşulub.
1/4 finalda bu oyunlar keçiriləcək:
Qarabağ - Keşlə
Neftçi - Sumqayıt
Qəbələ - Sabah
Səbail - Zirə
Qeyd edək ki, 1/4 finalın ilk oyunları dekabrın 15-16-da, cavab görüşləri 19-20-də baş tutacaq.
Fanat.Az