Bu gün AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfər edən Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Olimpiya Stadionuna baş çəkib.
Fanat.Az xəbər verir ki, 67 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevlə görüşüb. Təcrübəli çalışdırıcı stadionda təlim-məşq toplanışı keçən gənc futbolçular və AÇ-2020-nin Əməliyyat Komitəsinin üzvləri ilə də söhbətləşib. Türkiyəli çalışdırıcı BOS-u ev stadionu kimi gördüyünü deyib.
Qeyd edək ki, Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Fanat.Az