"Neftçi"nin gücü bəllidi, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, cavab görüşü daha çətin olacaq: "Daha öncə də demişik: vuruşacağıq. Bütün oyunlarda var gücümüzü ortaya qoyacağıq. Bu gün əlimizdə olan futbolçular bizi qane edir. Hamısına inanırıq. Rəqib "Neftçi"di. Rəqibin ehtiyatda qalan oyunçularını digər 7 komandanın baş məşqçiləri heyətlərində görmək istərdilər. Şansların bərabər olduğunu düşünürəm. Komandamızın gələcək üçün potensialı var. Səbrli olsaq, yaxşı yerlərdə ola bilərik".
"Tək Elvin Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. "Zirə" ilə 2:2 hesablı oyundan sonra Peyman Babayini "xalq düşməni" elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi", deyə Abbasov bildirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol