2018/19 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə Avropa futbol qurumu tərəfindən ayrılmış 85 min 280 avro (161 min 605 manat) vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"a 51 min 920 avro (98 min 388 manat), "Neftçi", "Qəbələ" və "Keşlə"nin hər birinə isə 11 min 120 avro (21 min 72 manat) ödənilib.
"Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.
Fanat.Az