13:52 18.12.2019 1769

"Kəpəz" azarkeşi: "Biz gəlirik, möhkəm olsunlar"

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə apara bilər.
 
Bu haqda dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə yeni mövsümdən etibarən "Kəpəz" və "Turan Tovuz"un da elitaya qoşulması mümkündü. Sırf bu komandaların adını çəkməsini də Musayev həmin bölgələrdə futbolçu yetişdirmək üçün böyük potensial olması ilə izah edib.
 
Təbii ki, bu haqda rəsmi qərar olmsa da sevindirici sözlərdi. Xüsusən də gəncəli və tovuzlu azarkeşlər üçün. Məhz bu açıqlamaya görə "Kəpəz" fanatı, eyni zamanda klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev sevincini bölüşüb. 

 O Sport7.az-a açıqlamasında bunları söyləyib: "Dünən Ramin Musayev bildirdi ki, yeni mövsümdən "Kəpəz"lə "Turan Tovuz" Premyer Liqada oynayacaq. Yeni ildən 12 gün əvvəl verilən bu açıqlamaya görə gəncəli azarkeşlər çox sevinclidi. Mənə elə gəlir tovuzlu fanatlar da sevinir. Çünki yenidən Premyer Liqaya qayıdırlar. AFFA rəhbərliyinə və PFL-ə minnətdarlığımızı bildiririk.
 
Uzun illərdi ki, uduzub Birinci Diviziona düşmüşük. "Kəpəz"ə Premyer Liqa yaraşır. Şükürlər olsun ki, komandamız çempionata rəng qatacaq. İstəyərdik ki, hər bir bölgəmizdə futbol olsun. Amma bu bizim işimiz deyil. Qərarı AFFA  rəhbərliyi verir. Gəncədə, Tovuzda həmişə azarkeş dəstəyi olub. Bakıdakı oyunlara getməsəm də, televizor qarşısında baxıram. Bakıda azarkeşlər stadiona az gəlir. Bu Azərbaycan futboluna böyük təkan verəcək. Gəncədə "Kəpəz"in hər oyununa 8-10 min azarkeş gəlirdi. İnanıram ki, Bakıda da belə olacaq. Yeni nəfəs, canlanma olacaq. Mən deyərdim ki, derbilərin sayı artır.
 
Vaxt var idi, "Turan" - "Kəpəz", "Kəpəz" - "Neftçi" derbilərini izləyirdik. Yenə də inanıram ki, bu derbilərə çox maraq olacaq. Arzu edirəm ki, bölgələrin hamısında futbol olsun. Hər halda "Turan"la "Kəpəz"in Premyer Liqaya qayıtması AFFA-nın qərarıdı. Bu klublar qayıtmalıdı. Çünki köklü klublardı, milliyə oyunçular burdan gedir, azarkeşlərin dəstəyi çox olur. Sevincimizin həddi-hüdudu yoxdu. Allah hamısından razı olsun. Bayrama 13 gün qalıb, ancaq biz indidən bayram edirik. Premyer Liqa komandalarına da demək istəyirəm ki, biz gəlirik, möhkəm olsunlar".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X