Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah” komandası 8-22 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.
Bu barədə "Report”a klubun Mətbuat xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisi Belekdəki "Titanic Hotel”də məskunlaşacaq. Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Matçların tarixləri və rəqiblər hələ dəqiqləşməyib.
Qeyd edək ki, Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.
Fanat.Az