"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə səfərdə 0:1 hesabıyla uduzduqları cavab matçından sonra mətbuat konfransı keçirib. 38 yaşlı mütəxəssis əvvəlcə 120 dəqiqəlik görüş haqda fikirləri bildirib.
- Bu gün rəqib ümumən bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, cütün qalibi olaq. Hər iki matçda qol epizodlarımız oldu. Bunları qola çevirə bilsəydik, rahat oynaya bilərdik. Futbolçulara bu mübarziliyə təşəkkür edirəm. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram
- Maraqlıdı, rəhbərlik oyundan əvvəl komamdayla görüşmüşdü? Mükafat vəd olunmşdu?
- Xeyr, heç bir görüş olmamışdı. Ümumiyyətlə, mükafat haqda danışmaq istəmirəm. Çünki ondan vacib probelmlər ki həllini tapmayıb. Təkcə maaş yox. çox problem var. İndi bir-bir saysaq. çox vaxt gedər. Komanda bacardığını oynadı
- Legionerlərinidən Yevgeni Koçuk, Aleksandr Rıbka gedir...
- Rəsmi bir şey olanad elan olunacaq. Mətbuatda yazılanlara şərh vermək istəmirəm.
- Son dəqiqə sayılmayan qolla bağlı narazılıq vardı. Həmin epizodu necə şərh edərdiniz?
- Zənnimcə. təmiz qol idi. Top artıq oyunda idi. Qapıçıya maneə yox idi, məsafə da yetərincə idi. Kərim Benzema təxminən belə qol vurmuşdu. Avropada belə qolu sayırlar, ancaq bizdə sayılmırsa, deməli, bizdə bu baxımdan da problemlər var. (Sport24.az)
Fanat.Az