"Kəpəz"in sabiq vingeri Şadon Vinçester yol qəzasında həyatını itirib.
2017/18 mövsümündə icarə əsasında Gəncə klubunun heyətində 8 oyunda meydana çıxmış 27 yaşlı tirindad və tobaqolu futbolçu Qasparilyo şəhəri yaxınlığında avtoqəzaya düşüb.
İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yararsız hala düşdükdən sonra yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib.
Vinçester son olaraq Finlandiyanın SJK klubunda icarə əsasında çıxış edib. O, 2010-cu ildən Trinidad və Tobaqo yığmasında forma geyinirdi. Millidə 23 oyuna 6 qol vurmuşdu. (Sportinfo.az)
Fanat.Az