UEFA 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların da gəlirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən mövsüm qrup mərhələsində çıxış etmiş "Qarabağ"ın gəliri 4 milyon 847 min 954 avro (hazırkı məzənnə ilə 9 milyon 160 min 693 manat) olub.
"Qarabağ" bu məbləğin 2 milyon 275 min avrosunu (4 milyon 298 min 840 manat) qrup mərhələsində iştiraka görə əldə edib. Qalan hissə isə qazanılan nəticələr və marketinqin payına düşür.
Fanat.Az