"Oyunun ağır olacağını bilirdim. Bu meydanda ilk dəfə uduzduq. Bəzi əsas futboluçularımız yox idi. Con Kamaranın səhhətində problem var, indi müayinə olunur və həkimlər onun problemini hələ müəyyən etməyiblər. Ruslan Qurbanov da zədəlidir. Amma bütün hallarda futbolçular mübarizə apardılar və bundan razı qaldım. Geridə qalanlar bizim üçün təcrübə olmalıdır. İli məğlubiyyətlə başa vurmaq istəmirdik və bundan nəticə çıxarıb irəli baxmalıyıq”.
Fanat.az xəbər verir ki, bu fikirləri "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov "Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində heyətdə bəzi dəyişikliklər olacaq: " Hazırda hücumçu axtarırıq və. Ola bilər ki, üçüncü transfer də reallaşsın. Artıq bir keçidi rəsmiləşdirmişik. Özbəkistanlı Şohruh Qadoyev komandadadır”.
T. Əhmədov komandadan göndəriləcək oyunçuların adlarını açıqlamaq istəməyib. (Report.az)
Fanat.az