10:00 22.12.2019 2073

FUTBOL ADAMININ yaşı olmur

Onu Azərbaycan futboluyla az-çox maraqlananların hamısı tanıyır. Bu idman növünə könül verənlər bilir ki, qazon qoxusuyla yoğrulanlardan, sınaqlarda doğrulanlardandır.


Hələ futbolmuzun "pirojki” vaxtlarında beynəlxalq arenalarda referi formasıyla ölkəsini uğurla təmsil edib. Haqqında danışdığımız beynəlxalq dərəcəli hakimin hansı matçlara dəvət aldığını, hansı şərtlər altında tər tökdüyünü incələmək ayrıca yazı mövzusudur...


Yerli birinciliyin ab-havasına ilk illərdən bələd olan adam fit sahiblərinin bölgələrdə döyüldüyü dönəmləri meydanda görüb. Elə klub idarəçisi qismində çalışanda da daima meydana, azarkeşlərə, futbolun sabahına can yandıranlara yaxın olub. Uğurlu idarəçiyə xas təmkinə, siyasətə, etikaya malik adamın qısa müddətdə böyük fiqura çevrilməsini şərtləndirən başqa səbəbləri sadalasaq, Azərbaycan reallığı fonunda yetərincə ekzotik görünər. Məsələn, tənqidədözümlülük, inadkarlıq və futbol ictimaiyyətinin müxtəlif nümayəndələri ilə uğurlu münasibət qurmaq bacarığı...


Onu menecerlər "çətin, hər oyunçunu bəyənməyən adam”, jurnalistlər "sözü kəlbətinlə verməyən”, AFFA-dakılar "narazı, üsyankar, hər anlaşılmazlığın dərinliyinə gedən” adlandırır.


Futbolda mental dəyərləri öndə tutur, fikrini bir yazar qədər aydın ifadə etməyi bacarır. Ciddi məqsədlər olmayan yerdə vaxt öldürmür. Özünüsübut anında potensialının müəyyən bölümünü ortaya qoymaqla zəlzələ yarada bilib.


Onun vitse-prezident postunda əyləşməsi "Neftçi”ni rəqabətli Premyer Liqanın hegemonuna çevirib. Ölkədə "qızıllar”ı sıralayan "ağ-qaralar”ın 2012-ci ilin yayında bəlli tarixi ilkə imza atmasında müstəsna rolu var. Əsl "Neftçi” tərəfdarlarının qəlbinin ilıq guşəsində klubun loqosuyla yanaşı bu kişinin də şəkli asılıb. Həm qürurlanmağı haqq etdikləri yaxın keçmişin şirin xatirəsi, həm də sabahın ümidləri kimi...


Bakı klubundan ayrılandan sonra "yuxarılar”a yarınmadığı üçün sambalına uyğun təklif almayıb. AFFA-dakı qeyri-futbol adamlarının məqsədli sıraviləşdirmək planını isə özü bloklayıb. Başqa sözlə, "gəl, burda sus” çağırışına "yox” deyib. Mövcud rəzalətə biganə qalmır, boş vaxtlarını çoxluğundan faydalanaraq tutarlı təhlillər, haqlı tənqidlər yazır. Assosiasiyadakı naşıların səbəb olduğu fəlakətlərə üzülür, yanır və yeni özünüsübut anını gözləyir.

 

Bu gün Tahir Süleymanovun doğum günüdür. Neçənin nə fərqi var ki? Tutaq ki, əsri yeni-yeni yarılayıb. Gerçək FUTBOL ADAMININ yaşı olmur. Topun sehrində çallaşmış qıvrım saçları, bığı və çox dəyərli başı olur.

 

Fanat.Az kollektivi Azərbaycan futbolunun dünənində böyük izlər qoymuş Tahir bəyi təbrik edir, ona can sağlığı fonunda bol qollu qələbələr arzulayır!


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X