"Qarabağ”dan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi vətəni Bolqarıstanın "Levski" klubu ilə müqavilə bağlayıb. O, klubla 3 illik anlaşma imzalayıb.
Qeyd edək ki, Slavçev "Qarabağ”ın heyətində olduğu zaman 39 oyun keçirib, 2 qol vurub.
Fanat.Az