Ölkəmizdə "Neftçi”, "Xəzər Lənkəran” və "Keşlə”də
oynamış Denis Silvanın yeni klubu məlum olub.
Fanat.Az
xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam
etdirəcək.
33 yaşlı
futbolçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano"a
keçib. Məlumatı klubun rəsmi saytı yayıb.
Denis Silva keçidi ilə bağlı təəssüratlarını da
bölüşüb: "Demək olar ki, 11 il idi ölkəmdən uzaq idim. Böyük hesab etdiyim
klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdir. Burada öyrəşdiyim
futboldan fərqli oyun ortaya qoyacam. Sürətliyəm, fiziki gücüm yerindədir,
müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. "San Kaetano"ya
kömək etmək üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki,Denis Silva Kruz bu ilin
yayında "Keşlə”dən ayrıldıqdan sonra klubsuz idi.
Fanat.Az