"Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək "qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək.
"Zirə" qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin "Ümraniyespor”, 16-da Rumıniyanın "Sepsi”, 21-də isə Serbiyanın "Napredak” klubları ilə qarşılaşacaq. ”Zirə" yanvarın 22-də Bakıya dönəcək.
Fanat.Az