"Sabah”ın yeni transferi Mario Marina üçün ödədiyi məbləğ açıqlanıb.
Fanat.Az "Jutarnji List” portalına istinadən xəbər verir ki, Bakı klubu 30 yaşlı dayaq yarımmüdafiəçi üçün Xorvatiya təmsilçisi "Qoritsa”ya 100 min avro (190 min manat) ödəyib.
"Qoritsa”nın idman direktoru Mindauqas Nikoliçyus transferin 2 gün içində reallaşdığını bildirib: "Marionun 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi. Ona əngəl törətmək istəmədik. Ancaq biz də transferdən pul qazandıq”.
Qeyd edək ki, Mario Marina Bosniya və Herseqovinada doğulsa da, həm də Xorvatiya vətəndaşıdı. "Sabah" onunla 1,5 illik müqavilə imzalayıb.
Fanat.Az