Millimizin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi "Pasus de Ferriera"dan ayrılıb.
Fanat.az xəbər verir ki, 20 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Vulverhempton" klubuna qayıdıb.
O, 6 aydır formasını geyindiyi portuqaliya təmsilçisində ümidləri doğrultmadına görə, vaxtından əvvəl - icarə müddətinin bitməsinə 6 ay qalmış göndərilib.
Qeyd edək ki, Dadaşovun mövsümün sonunadək yenə başqa bir komandaya icarəyə veriləcəyi ehtimal olunur.
Fanat.az