Azərbaycan Kubokunun finalının keçirilmə vaxtı və yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "İdman TV” və Azərbaycan Radiosunda yayımlanan "Extra Time" verilişində Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
PFL rəsmisi bildirib ki, Azərbaycan Kubokunun finalı may ayının 16-da keçiriləcək. Final matçı "Sabah"ın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, 2019-cu ilə qədər "Əlincə Arena" adlanan "Bank Respublika Arena”nın açılışı 2014-cü ilin 3 oktyabrında baş tutub. Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən arenanın azarkeş tutumu 13 min nəfərdi.
Fanat.Az