12:35 09.01.2020 2163

AFFA-da üçhakimiyyətliliyi rəsmiləşdirən 43-cü maddə

Yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı baş tutdu. Tədbirin gündəliyindəki əsas məsələ Nizamnaməyə edilən dəyişikliklər idi. Maraqlıdı ki, rəsmi qərarda bununla bağlı heç bir qeyd yoxdu.

Konfransın yekun qərarında yazılıb:

- 2020-ci il yanvarın 28-də AFFA-nın növbəti Konfransı keçirilsin
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdirilərək 2020-ci il yanvarın 28-də keçiriləcək AFFA-nın növbəti Konfransından sonra İcraiyyə Komitəsinin ilk iclasında təqdim olunsun

Seçkilərin tələsik keçirilməsi böyük planın tərkib hissəsidi. AFFA-da qalmaqda maraqlı olan qrup hər şeyi tezliklə rəsmiləşdirmək və zaman qazanmaq istəyir. Avro-2020-nin final mərhələsinin Bakıdakı oyularından sonra hər cür dəyişiklik mümkündü. Lakin baş katib Elxan Məmmədov və himayədarları həmin vaxtadək pərdəarxası oyunlarını aparmaq və postlarında qalmaq üçün addımlar atmaq niyyətindədi.

Elə AFFA-nın Nizamnaməsində nəzərdə tutulan dəyişikliklər də buna hesablanıb. İcraçı vitse-prezident postunun yaradılması, baş katibin səlahiyyətlərinin azaldılması ikili oyunlara hazırlıqdan xəbər verir.

Futbolinfo.az saytının fəaliyyətində müəyyən fasilə yarandığı üçün oxucularımızı sosial şəbəkə vasitəsi ilə məlumatlandırmağa məcburuq. Sayt normal fəaliyyətinə dönənə kimi hələlik "Futbolinfo”nun feysbukdakı səhifəsi vasitəsi ilə xəbərləri, təhlilləri çatdıracağıq. İlk olaraq, AFFA-nın gizli saxladığı Nizamnamə dəyişikliklərinin mahiyyətinə varaq.

Beləliklə, Nizamnamədə bir sıra xırda dəyişikliklər aparılıb. "Yığıncaq” sözlərinin "iclas”la əvəzlənməsi kimi epizodik korrektələrlə işimiz yoxdu. Əsas məsələlər xüsusi bəndlərdə, maddələrdədi. Məsələn, 2-ci maddəyə xüsusi bənd əlavə olunub və AFFA-nın vəzifələri sırasına "milli yığma komandaların üzvlərinin tibbi təminatı, futbolçuların idman və məşqçlərlə bağlı olan zədələrinin bərpası, zədələrinin qarşısının alınması, reabilitasiyası” əlavə edilib. Qeyd edək ki, zədənin yox, sağlamlığın bərpa olunması daha uyğun ifadə olardı.

Maddə 13-də Region Liqasının qanunsuz təşkil olunmasını sübut edən dəyişiklik görürük. Əvvəlki Nizamnamədə belə bir bənd var idi: "Futbol klubları hüquqi şəxslərdi. Bu cür klubun nizamnamə və əsasnaməsi AFFA-nın, habelə onların üzv olduqları təşkilatların tələblərinə cavab verməlidir”.

Dəyişiklikdən sonra isə AFFA qanunsuz əməlinə hüquqi don geyindirib və Region Liqasının legitimliyinə nail olub: "Futbol klubu peşəkar, həvəskar və ya yarı-peşəkar statusuna malik ola bilər. Peşəkar futbol klubu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında hüquqi şəxs kimi dövlət qeüydiyyatından keçmiş və nizamnaməsi, əsasnaməsi qanunvericiliklə yanaşı AFFA-nın, habelə üzv olduğu təşkilatların tələblərinə cavab verən futbol klubudur. Həvəskar futbol klubu AFFA və ya üzvləri tərəfindən təşkil olunan yarışlarda iştirak etmək məqsədi ilə AFFA-da qeydiyyatdan keçmiş hüquqi şəxs və ya hüquqi şəxs olmayan futbol klubudur. Yarı-peşəkar futbol klubu AFFA-da peşəkar və ya həvəskar kimi qeydiyyatdan keçməyən digər futbol klubudur”.

14-cü maddənin 4-cü bəndinin ləğvi çox maraqlıdı. "Tabelilik” bölümündə "Heç bir halda bir fiziki və hüquqi şəxs (o cümlədən holdinq şirkətləri və törəmə müəssisələri) birdən artıq kluba birbaşa və dolayı yolla malik ola bilməz” cümlələri ixtisara düşüb. Bunun səbəbi AFFA-nın illərdi qınanmasıdı. SOCAR-ın və törəmə şirkətlərinin AFFA vasitəsilə və ya birbaşa əksər klublara yardım etməsi, maliyyə ayırması qanun pozuntusu idi. Nizamnamədəki dəyişiklikdən sonra isə "Səbail”, "Sumqayıt”, "Keşlə”, divizionklubları və s. rahatca eyni mənbədən maliyyələşəcək. Kəsəsi, qanunsuzluğa don geyindirmək üçün bu bənd silinib. Bu, illərdi assosiasiyanın öz Nizamnaməsini pozmasının da etirafıdı.

Lakin bu məsələdə əsas sual başqadı. Beynəlxalq futbol təşkilatları israrla müxtəlif klubların eyni mənbədən maliyyələşməsinə qarşıdı. Bizimkilər isə Nizamnaməni guya FİFA və UEFA-nın analoji qanun toplusuna uyğunlaşdırmaq üçün belə addım atdıqlarını deyirlər. Yalandı! Sadəcə, qanunlar məqsədlərə uyğun dəyişdirilir.

23-cü - "Konsepsiya” maddəsində bir sıra dəyişikliklər var. Prezidentin Konfransda qanuni təmsilçi, Baş Katibliyin inzibati orqan olması indi yada düşüb. İntizam orqanlarında kiçik dəyişiklik var, maliyyə məsələləri üzrə səlahiyyətli orqanla bağlı isə xeyli yeniləmə görürük. Apellyasiya Arbitraj Tribunalının (Maliyyə Mübahisələri Palatası) rolu əhəmiyyətli şəkildə artırılıb, prezidentin və katibliyin müdaxiləsi aradan qaldırılıb. Məşvərətçi rola malik olan qondarma komitələrin ləğvi isə alqışlanmalıdı. Hakimlər, Hakim İnspektorlar, Təhlükəsizlik və Mühafizə, Hüquq, Tibb, Qadın Futbol, Yarışlar, Gənclər, Həvəskarlar, Futzal, Oyunçuların Statusu və Transferi, Peşəkar Futbol, Təftiş və Yoxlama komitələri ləğv edilib. 2-ci bənd bundan sonra belə oxunacaq: "İcraiyyə Komitəsi müxtəlif istiqamətlər üzrə daimi, müvəqqəti və ya xüsusi komitələr yarada bilər. Komitələrin hüquq və vəzifələri, səlahiyyət dairəsi və müddəti İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş qərara əsasən müəyyən olunur”.

Bir çox komitələr eyniadlı departamentlərlə ziddiyyət təşkil edirdi. Ona görə də dəyişiklik yaxşıdı. Amma bu bənddə hər şey tam açıqlanmayıb: bu komitələr ümumiyyətlə, ləğv olunub, yoxsa, onların mübahisəli məsələlərə müdaxiləsi aradan qaldırılıb?

Digər önəmli dəyişiklik 30-cu maddədədi. İndiyədək AFFA-nın növbədənənar Konfransının çağırılması üçün birbaşa üzvlərin ən azı 1/3-nin səsi vacib idisə, bundan sonra bircə birbaşa üzv də bunu edə bilər. Gələcəkdə bu kartdan mütləq kimlərsə istifadə edəcək – yadda saxlayın – sözügedən 2-ci bəndin bu cür dəyişdirilməsində mütləq məkr var.

Ayının min oyunu bir qozun üstündə olduğu kimi, Nizamnamə dəyişikliklərinin də səbəbi var. Bunlardan biri 34-cü maddədə gizlənib. AFFA İcraiyyə Komitəsinin tərkibini genişləndirmək planı düşünülüb. Ölkədə klub sayı ildən-ilə azalarkən, assosiasiya ciddi gərək olmadan üzvlərin sayını 13-ə qaldırdı, üstəlik, 4 vitse-prezident postuna ehtiyac duydu. Yüksək liqasında 8 klub olan ölkənin futbol təsərrüfatına 1 prezident, 4 vitse-prezident və 1 baş katib rəhbərlik edəcək: həm də demək olar, eyni səlahiyyətlə.

Beləliklə, bundan sonra İK 11 yox, 13 üzvdən ibarət olacaq. İndiyəqədərki tərkib belə idi:

1. Rövnəq Abdullayev (AFFA prezidenti)
Regional Futbol Federasiyaları
2. İsgəndər Cavadov (Şimal RFF)
3. Kazbek Tuayev (RFF)
Peşəkar Futbol Liqası
4. Elşad Nəsirov (Neftçi)
5. Qurban Qurbanov (Qarabağ)
6. Rauf Əliyev (AZAL)
7. Vaqif Sadıqov (Sumqayıt)
Sahə Futbol Federasiyası
8. Mahir Məmmədov (Futzal Federasiyası)
9. Zaur Axundov (Sahə Futbol Federasiyası)
İctimai Futbol Təşkilatı
10. Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərləri İB)
11. Firudin Qurbanov (Azərbaycan Futbol Hakimləri Birliyi)

Siyahıya əlavə olunmaq üçün 3 namizəd var. İcraiyyə Komitəsində 1 qadın üzvün olması tələbi lazım bilindiyindən namizəd müəyyənləşib. Əvvəlcə Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Nailə Rüstəm-zadənin üzərində dayanılsa da, sonradan plan dəyişib. İndi baş katib Elxan Məmmədov Şəbnəm Tağıyevanı irəli çəkir. AFFA-nın baş hüqüqşünasının bir neçə gün öncə RFF nümayəndələri üçün təşkil olunan seminarda gözə soxulması, təbliği təsadüfi deyildi.

2-ci namizəd Naxçıvandan seçilib. "Yuxarılar”ın məsləhəti ilə blokada şəraitində yaşayan, illərdi ölkə futbol ailəsindən kənar qalan muxtar respublikanın komitədə təmsilçiliyinin vacib olması AFFA-dakıların ağlına batıb. Bizdə olan məlumata görə, seçki Konfransına qalan 3 həftə ərzində planlar dəyişməsə, Naxçıvan MR-in idman naziri, eyni zamanda yerli futbol federasiyasının rəhbəri Azad Cabbarov İK-da olacaq.
Amma Orxan Məmmədov da var. "Zirə”nin fəxri prezidentinin missiyası tam fərqlidi və onun İK-ya gətirilməsi əsas müzakirə mövzusudu. Onun üçün xüsusi post yaradıldığından kənarda qalması mümkünsüzdü, bu şəxsin hətta vitse-prezident olması planlaşdırılır.

11+3=14. Bəs, kim kənarda qalacaq? Hazırda məhz bununla bağlı məsləhətləşmələr gedir. Bir müddət Qurban Qurbanov İK-dan çıxmaq istəyirdi, millinin baş məşqçi postundan getdikdən sonra istefa vermişdi, lakin müraciəti rədd edilmişdi. Rauf Əliyev I vitse-prezident postundan endirilsə də, onun qalması gözlənilir. Düzdü, onun nümayəndəsi olduğu AZAL çoxdandı dağılıb, lakin üzvləri qurumlar üzrə paylaşdırmaq asan məsələdi. Elmar Məmmədyarov işlərinin çoxluğu üzündən kənara çəkilə bilər, belə olmasa, Kazbek Tuayev yola salınacaq. Təqaüd yaşını çoxdan adlayan veteran futbolçuya getmək zamanının gəldiyi izah oluna bilər.

Bütün bu məsələlər qarşıdakı günlərdə həll olunacaq. RFF-ə verilən əlavə bir yerə Azad Cabbarov, PFL-in artırılan kvotasına Orxan Məmmədov sahib çıxacaq. Şəbnəm Tağıyeva üçün yer tapmaq gedəcək şəxsin kimliyindən asılıdı.

Digər əsas yenilik ilk dəfə icraçı vitse-prezident postunun yaradılması ilə bağlıdı. Bu kürsüyə məhz Orxan bəyin gətiriləcəyi deyilir/proqnozlaşdırılır. Təbii ki, Elxan Məmmədov bu vəzifə üçün nəzərdə tutulan səlahiyyətləri özünə hesablayıb, lakin klanlararası münasibətlər var, böyük hədəfləri olan "Zirə”nin fəxri prezidentini kənarda saxlamaq olmaz. Elşad Nəsirov, Rauf Əliyev vitse-prezident kimi qalacaq, onlara qoşulacaq 3-cü şəxslə bağlı isə ehtimal belə yoxdu.

Şəbnəm xanımın mütləq İK-ya üzv olacağını sübut edən fakt Nizamnaməyə edilən digər dəyişiklikdən də görünür. 34-cü maddənin 8-ci bəndində yazılan "İcraiyyə Komitəsinin üzvü eyni zamanda həm də AFFA-nın hər hansı hüquqi orqanının üzvü ola bilməz” şərtinin üstündən xətt çəkilib. Bu, baş hüquqşünasın komitəyə yolunu açmaq üçün düşünülüb, baş katib bura imkan daxilində öz adamlarını yığmaqla məşğuldu, ona görə hətta Nizamnaməyə də barmaq edir.

42 və 43-cü maddələr hazırkı Nizamnamə dəyişikliyinin əsasını təşkil edir.Belə ki, məhz 42-ci maddənin 2-ci bəndində təsis olunan icraçı vitse-prezidentin səlahiyyətləri sadalanır:

a) AFFA-nı təmsil etmək;
b) Prezident olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək;
c) Üçuncu şəxslər qarşısında AFFA-nı təmsil etməklə müvafiq sənədləri imzalamaq;
ç) Baç katibliyin fəaliyyətinə nəzarət etmək;
d) AFFA-nın hüquqi orqanlarının və komitələrinin fəaliyyətinə nəzarət etmək;
e) AFFA-nın müvafiq struktur və bölmələrindən, hüquqi orqanlarından, komitələrindən və üzvlərindən məlumat və sənədlər almaq;
f) Bu nizamnamədən irəli gələn irəli gələn digər üquq və vəzifələr.

Nizamnaməyə əlavə edilənlər yalnız bunlar deyil. 3-4-cü bəndlərdə göstərilir ki, prezident yerində olmadıqda, vaxtından əvvəl istefa verdikdə və ya hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə səlahiyyətlər icraçı vitse-prezidentə keçir. Əslində, dəyişikliklərin canı elə bu bənddədi, perspektivdə bu ehtimalların hamısı reallığa çevriləcək və hakimiyyət dəyişikliyi məhz bu yolla reallaşacaq. İndi əsas məsələ sabahkı rəhbər olacaq icraçı vitse-prezidentin təyinatıdı. Orxan bəy və ya "yuxarı”dan göndərilən başqa biri ola bilər, Elxan Məmmədov özünü bu postda gördüyündən hər şeyin qarşısını almağa çalışır, nəyə nail olacağını zaman göstərəcək.

Konfrans nümayəndələrinin gözündən qaçan, ciddi önəm vermədikləri tələ 43-cü maddədə gizlənib. Baş katib 42-ci maddədə əldən verdiyi səlahiyyətləri 43-də özünə qaytarır. Yəni, özü icraçı vitse-prezident seçilməsə, yenə AFFA-nı istədiyi kimi idarə etmək şansı qazanacaq.

Əslində, "Təmsilçilik və imza” adlanan bu maddə absurddu, demək olar ki, AFFA-da üçhakimiyyətliliyin tətbiq olunmasıdı. Diqqət edn: "AFFA-nın Prezidenti, icraçı vutse-prezidenti və Baş katibi ayrı-ayrılıqda AFFA-nın adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyət orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və ətşkilatlarla, beynəlxalq təşkilatlarla münasibətdə AFFA-nı təmsil edir, etibarnamələr verir, sənədlər imzalayər və digər hüquqlara malikdirlər”.

Nonsesdi! Belə bir şey olmamalıdı. Deyək ki, prezidentin imzaladığı sənədi baş katibin ləğv etməsi mümkündü, buna tam səlahiyyəti var. Ümumiyyətlə, heç bir şərt olmadan 3 ayrı vəzifənin sahibi tam fərqli addımlar ata bilər. Yəqin ki, qarşıdakı aylarda taxt oyunları məhz bu maddənin üstündə qurulacaq, əzələ nümayişini görəcəyik.

Oyunçu aparsın!..

Vüsal Mahmudov
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X