Moskva "Dinamo”su millimizin üzvü Ramil Şeydayevlə yolları ayırıb.
Fana.Az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Onunla bu ilin yayına qədər olan müqavilə qarşılqlı razılaşma ilə ləğv edilib. Klub Şeydayevə təşəkkürünü bildirib.
Xatırladaq ki, futbolçumuz ötən ilin yayında "Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 9 oyun keçirib və qol vura bilməyib.
Fanat.Az