"Səbail” baxışa 4 yeni futbolçu çağırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlardan biri Peyman Keşavarzidi. 1995-ci ildə Şərqi Azərbaycanın Şəbüstər şəhərində doğulan Peyman müdafiəçidi. Son olaraq "Qostareş Fulad" olan futbolçu əvvəllər "Traktorsazi", "Maşınsazi" və "İstiqlal" (Ahvaz) klublarında çıxış edib. Keşavarzi ötən il digər təmsilçimizdə -"Sumqayıt"da olsa da, "kimyaçılar"dan debüt etmədən ayrılıb.
Baxışadakı digər futbolçu - Yusif Seyedi də İran vətəndaşıdı. 1996-cı ildə Ərdəbildə doğulan hücumçu son olaraq "Maşınsazi"də oynayıb. O, əvvəllər "Qostareş Fulad" və "Traktorsazi"nin formasını geyinib.
Düşərgəyə dəvət edilən Yannik Daniel Makota Nqalle Fransa vətəndaşıdı. Kamerun əsilli 27 yaşlı forvard Omanın "Saham" klubundan gəlib.
Rafael Ağayev isə Rusiya vətəndaşıdı. Onunla bağlı internetdə ətraflı məlumat yoxdu.
Fanat.Az