Antalyada təlim-məşq toplanışında olan "Neftçi" ilk sınaq matçına çıxıb.
Fanat.Az-ın məlumatına görə, paytaxt komandası bu gün necə hazırlaşdığını göstərməyə çalışıb. Bakılıların rəqibi Polşa təmsilçisi "LKS Lodz” olub. Oyun Bakı vaxtı ilə 17:00-da başlayıb. Roberto Bordinin tağımı 4 cavabsız qol "yeyərək” darmadağın olub.
"Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama görüşü keçirəcək. Bakı komandası yanvarın 20-də Kiyev "Dinamo"su, 24-də Ukraynanın digər təmsilçisi "Desna” ilə üz-üzə gələcək.
Fanat.Az