Bu gün "Səbail" Antalya təlim-məşq toplanışı çərçivəsində ilk sınaq oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, Premyer Liqanın autsayderi "Jetisu" ilə qarşılaşıb. Qazaxıstan təmsilçisi ilə oyun Belekdəki "Spice Hotel"in meydançasında baş tutub. "Səbail" yenilən tərəf olub – 0:1.
Qeyd edək ki, yanvarın 26-dək Türkiyədə qalacaq "Səbail" bu müddətdə daha 3 yoxlama matçına çıxacaq.
Fanat.Az