Türkiyədə təlim-məşq toplanışını sürdürən "Sabah” hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, bakılılar bu gün Rumıniya təmsilçisi "Akademika Klinçeni” ilə üz-üzə gəlib.
Belekdəki "Titanik Mardan" stadionunda reallaşan duel Bakı vaxtı ilə 18:30-da start götürüb. Azərbaycan komandası oyuna bu heyətlə başlayıb:
1.Saşa Stamenkoviç, 2. Elçin Mustafayev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 19. Təmkin Xəlilzadə, 30. Mario Marina, 11. Şakir Seyidov, 14. Rəşad Eyubov, 26. Ozan Can Kökcü, 23. Amadu Diallo, 10. Cavid İmamverdiyev.
Qarşılaşma qolsuz bərabərliklə bitib.
Qeyd edək ki, Antalyadakı ilk sınaq matçında "Pakş”a (Macarıstan) 0:2 hesabı ilə yenilən "Sabah" bundan sonra daha iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Fanat.Az