"Zirə”nin baş məşqçisi Aftandil Hacıyev Rumıniyanın "Sepsi” klubuyla sınaq matçından sonra Fanat.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.
- Öncə oyun haqda fikirlərinizi eşidək...
- Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq. İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq.
- Yeni transferiniz Aliye Sesay bu gün Adrian Skarlatakenin mövqeyində oynadı. Bu mövqedə qalacaq?
-Skarlatake Elvin Camalov zədəli olduğuna görə onun yerində idi. Üç-dörd mərkəz müdafiəçimiz var. Əvvəl bizdə oynamış Yovan Krneta da baxışdadı...
- Yəni Aliyeni də başqa mövqedə görə bilərik?
- Yox. Ondan stopper kimi faydalanmaq fikrindəyik.
- Krneta qalacaq?
- Bu gün ona cavab deməliyik, fikrim pozitivdi.
Fanat.Az