Azərbaycan
Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara
ödədiyi maaşınmiqdarı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında
müqayisəli hesabatında bildirilib. Çempionat iştirakçısı olan 8
komanda futbolçulara ümumulikdə 17 milyon avro əmək haqqı ödəyib.
Bu isə hər klubun orta hesabla 2.1 milyon avro maaş verməsi deməkdir.
Çempionatımız bu göstəricidə Avropada 30-cudur. İngiltərə Premyer Liqası 3 milyard 235 milyon avro maaşla liderdir. İspaniya La Liqası 2-ci (2 milyard 20 milyon avro), Almaniya Bundesliqası isə 1 milyard 664 milyon avro məvaciblə 3-cüdür.
Fanat.Az