Türkiyədə - Belekdə təlim-məşq toplanışını sürdürən"Sabah” sabah hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Jelko Sopiçin çalışdırdığı paytaxt təmsilçisi Rusiyanın "Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək oyuna yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00-da) start veriləcək.
Qarşılaşma "Sabah”ın "youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az