İngiltərənin "Vulverhempton" klubunun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz heyətdə yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, "Liverpul”la görüşdə (2:2) qol vuran millimizin hücumçusunu tərifləyib. Kollinz gənc forvardın çox istəkli və çalışqan olduğunu deyib.
"Biz onun oyunu üzərində işləyəndə az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, nəyisə özü etməyi sevir" deyən baş məşqçi Dadaşovun U-23 komandasının heyətində "Liverpul"a qol vurduğu matçdakı çıxışından da danışıb: "Düşünürəm ki, bu qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi. Bunun üzərində işləməli və daha çox fərqlənməlidi. Görüləsi işi çoxdur və çalışmağa hazırdır. Renat səhər yuxudan oyananda işlədiyin vaxt sənə hər şeyi verməyə hazır olan oyunçulardan biridir. Bu gecə o, bunu bacardı".
Qeyd edək ki, Renat Dadaşov "Liverpul"u Beynəlxalq Premyer Liqa Kubokunun qrup oyununda 47-ci dəqiqədə məyus edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Fanat.Az