Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun heyətində Premyer Liqada debüt edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "wolves.vitalfootball.co.uk" saytı məlumat yayıb. Saytın xəbərində bildirilir ki, hücumçunn adı Avropa Liqasında mövsümün ikinci yarısı üçün komandanın iştirak ərizəsinə salındıqdan sonra baş məşqçi Nunu Eşpiritu Santunun onu çempionat oyunlarında da meydana buraxacağı istisna olunmur. Ancaq portuqaliyalı mütəxəssisin gənc oyunçuya bu şansı verib-verməyəcəyi hələ dəqiq deyil.
Çünki Dadaşovun indiki məqamda "Vulverhempton"un iki əsas hücumçusu - Raul Ximenes və Leonardo Kampana ilə rəqabətə tam hazır olmadığı bildirilir. "Dumanlı Albion" təmsilçisi azərbaycanlı forvardın adını hələlik daxili yarışlar üçün sifariş etməyib.
Fanat.Az