"Səbail”dən ayrılan Elvin Yunuszadə Azərbaycanda oynamayacaq.
Fanat.Az xəbər verir ki, müdafiəçi Bosniya və Hersoqovinanın "Çelik” klubuna pənah aparacaq. "Neftçi” və "Qarabağ”ın da şərəfini qorumuş Elvin türkiyəli mütəxəssis Ümit Özatın dəvətinə "yox” deməyib.
Özat sözügedən kollektivin baş məşqçisidi.
Fanat.Az